Modern.az

Gəncənin deputatı: “Bizi daha böyük müharibəyə çəkmək istəyirlər”

Gəncənin deputatı: “Bizi daha böyük müharibəyə çəkmək istəyirlər”

Aktual

17 Oktyabr 2020, 13:07

“Dünən gecə düşmən növbəti dəfə Gəncənin dinc sakinlərini hədəf alıb. SCUD Elbrus Əməliyyat-Taktiki Ballistik Raketi ilə sivil insanların sıx məskunlaşdığı ərazilərə zərbələr endirilib. Düşdüyü yerdən tapılan raket fraqmentləri bunun əyani sübutudur. Mülki insanların məskunlaşdığı ərazinin raketlə hədəfə alınması Ermənistan hərbi-siyasi hakimiyyətinin faşist olduğunu göstərir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Gəncədən seçilən deputat Müşfiq Cəfərov söyləyib. O qeyd edib ki, Gəncədə baş verənlər Ermənistanın əsl simasını bütün dünyaya göstərdiyi halda bu faşist terrorçu dövlətə qarşı heç bir tədbir görülmür:

 

“Görünən odur ki, artıq tam məğlubiyyətə uğrayan düşmən dövlət nəyin bahasına olur olsun bizi daha böyük müharibəyə çəkmək istəyir. Bu bir tələdir ki, düşmən tərəfindən planlı şəkildə hazırlanıb.

 

Azərbaycan hakimiyyəti bu mənfur hiyləyə düşmür. Onlara bizi təhrik edir ki, qarşılıq olaraq Ermənistanın iri şəhərlərini vuraq və beləliklə, digər dövlətləri cəlb edə bilsinlər. Lakin bunun qisasının cəbhədə ordumuz tərəfindən alınması düşməni daha da hiddətləndirir. Biz Azərbyacanlıyıq , bizim haqq müharibəmizdə hədəfimiz sivil insanlar deyil, silahını dinc sakinlərimizə qarşı istifadə edənlərdən fərqimiz var. Hədəfimiz ancaq hərbi strateji obyektlərin məhv olunmasıdır. Gəncə cəsur igidlər məkanıdır. Hadisə baş verərkən insanlar öz dağılmış evindən doğmalarının dağıntının altından çıxmasını gözləyir, lakin yenədə ruh düşkünlüyünə qapılmır biz qələbə çalacayıq deyir. Bunu bütün dünya da gördü ki, mənfur qonşularımız istəklərinə nail ola bilmir”.

 

Deputatın sözlərinə görə, beynəlxalq aləm də görür ki, Ermənistan münaqişə ocağından tamamilə uzaqda, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni gecə insanların tam müdafiəsiz anında, ağır və qadağan olunmuş silahla atəşə tutur:

 

“Düşmənin bu addımı xalq dövlət iplərini qırmağa və mənəvi sarsıntıya hesablanıb. Azərbaycandakı dövlət vətəndaş birliyindən qorxan erməni və ermənipərəst qüvvələr bu faciələri terroru xalqımızı narazı salmaq üçün istifadə edir. Bunun qarşısı hər vəclə alınmalıdır. Birdəfəlik bilinməlidir ki, bu dövlət vətəndaş münasibətlərinə kölgə salmamalıdır. Mən özüm, ailəm , bütün yaxınlarım da Gəncədə yaşayırıq. Həmin ailələrin yerinə bizdə ola bilərdik bu o demək deyil ki , bunu başqa tərəflərə çəkmək olar. İndiki halda edəcəyimiz ən böyük vacib iş Gəncə terrorunu olduğu kimi dünyaya çatdırmaqdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza