Modern.az

Gəncədə törədilən terror hadisəsi hiddət doğurur

Gəncədə törədilən terror hadisəsi hiddət doğurur

Aktual

17 Oktyabr 2020, 15:24

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir və ölkəmizin dostlarının hiddətinə səbəb olur.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinşin Milli Məclisinin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə ünvanlandığı məktubda beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilən bu terror aktı qəti şəkildə pislənilir.

 

Qeyd  edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza