Birləşmiş Ştatların Arizona ştatının Mesa şəhərində avtodayanacaq yaxınlığında atışma baş verib.
Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, kimliyi açıqlanmayan şəxslər avtomobildən ərzaq köşklərinin qarşısında toplaşmış şəxslərə atəş açmağa başlayıb.
Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Yaralananlardan birinin - 1 yaşlı uşağın vəziyyəti ağırdır və o, xəstəxanaya yerləşdirilib.