Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer şəxi mühafizəsinin əməkdaşlarının birində koronavirus aşkarlanması səbəbindən karantinə gedib.
Modern.az “TASS”a istinadən xəbər ki, bu barədə Almaniya Prezidentinin Dəftərxanası bildirib.
Qeyd olunub ki, yoluxan şəxs - Prezidentin mühafizəsinə cavabdeh olan Cinayət işləri üzrə Federal İdarənin komandasının əməkdaşı, “birinci dərəcəli əlaqələndirici şəxs”dir.
“Focus” nəşri xəbər verir ki, Ştaynmayerin verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi mənfi (neqativ) olub.