Modern.az

Tramp Makronun vəzifəsini dəyişik saldı

Tramp Makronun vəzifəsini dəyişik saldı

Aktual

18 Oktyabr 2020, 09:26

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makron səhvən baş nazir adlandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

 

 "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

 

Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza