Modern.az

"Atəşkəs qərarını bu ölkənin prezidentləri verə bilməz" - Politoloq

Aktual

18 Oktyabr 2020, 11:05

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

 

Müvəqqəti humanitar atəşkəsin əldə edilməsinə reaksiyalar birmənalı deyil.

 

Xatırladaq ki, oktyabrın 10-da da Azərbaycan və Ermənistan arasında müvəqqəti humanitar atəşkəs elan olunmuşdu. Atəşkəsin elan olunmasından 5-10 dəqiqə keçməmiş işğalçı dövlət təxribatları davam etdirib. 

 

Modern.az xəbər verir ki, müvəqqəti humanitar atəşkəslə bağlı politoloq Ərəstun Oruclu mövqeyini ifadə edib. O, Tvitter səhifəsində  atəşkəs qərarını Fransanın və ya Rusiyanın prezidentinin verə bilmədiyini yazıb:

 

"Bu qərarı ümumiyyətlə heç bir prezident verə bilməz. Bu, xalqın savaşıdır və qərarı da yalnız o, verə bilər. Onun isə belə qərar verəcəyi görünmür"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza