Modern.az

Hansı universitetin nəzdində məktəb və lisey fəaliyyət göstərir?

Hansı universitetin nəzdində məktəb və lisey fəaliyyət göstərir?

Aktual

4 İyul 2012, 15:45

İki ali məktəbdən başqa əksərində onlar var

2006-cı ildə prezidenti İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilib. Bu proqrama uyğun olaraq bir sıra universitetlər öz tərkibində lisey və məktəb-komplekslərini yaratdılar.

Modern.az hazırda bu sahədə inkişafın və fəaliyyətin necə getdiyini öyrənməyə çalışdı.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin nəzdində 2007-ci ildən Təhsil Nazirliyinin razılığı ilə “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca isə məqsədi istedadlı gəncləri tapıb üzə çıxartmaq, onların hərtərəfli inkişafına şərait yaratmaq, dərin bilik, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. İstedadlı şagirdlərin liseyə qəbulu hər il iyun ayının birinci yarısında testlərlə və müsabiqə yolu ilə həyata keçirilir. Qəbulu isə rektorun əmri ilə yaradılmış qəbul komissiyası həyata keçirir. Liseydə təhsil ödənişsizdir.

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin nəzdində Məktəb-Lisey Kompleksi fəaliyyət göstərir. Bu Məktəb-Lisey Kompleksinə qəbul test imtahanı vasitəsilə aparılır. Testdən keçən şagirdlərin valideynləri ilə müqavilə bağlanır və ondan sonra qəbul proseduraları aparılır. Məktəb-Lisey Kompleksindən təhsilin ödənişli olub, ya olmaması ilə bağlı heç bir məlumat ala bilmədik.

Xəzər Universitetinin mətbuat xidmətindən aldığımız məlumata görə, universitetin nəzdində 1998-ci ildən “Dünya” məktəbi fəaliyyət göstərir. “Dünya” məktəbinə birinci sinilərin qəbulu ilk növbədə psixoloqla söhbətlə başlayır. Psixoloq həmin uşağın biliyini, təfəkkürünü, rəsmə, musiqiyə marağını, ümumiyyətlə dünyagörüşünü yoxlayır və sonra da məktəbə qəbul aparılır. Amma yuxarı siniflərdə isə qəbul  test imtahanı vasitəsilə aparılır. “Dünya” məktəbində xüsusi diqqət riyaziyyat və intellektə verilir. Məktəbə qəbul ildə bir dəfə aparılır və təsadüfi hallarda isə ilin birinci yarım ilində yenidən qəbul ola bilər.  “Dünya” məktəbində təhsilin ödəniş haqqı 5000-6000 manatdır.

Qərb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin nəzdində orta məktəb fəaliyyət göstərir. Bu məktəbə qəbul ilk növbədə psixoloji testlər vasitəsilə keçirilir. Amma yuxarı siniflərdə isə valideynlərin iştirakı ilə uşaqlar ana dili, ingilis dili və riyaziyyatdan imtahan verir. Bu imtahanın nəticəsindən sonra qəbul prosesi həyata keçirilir. Valideynlər də qəbulun keçirilməsini özləri şəxsən seyr edə bilirlər. Təhsilin ödənişi hər ay ərzində olur. Bu da fərdi olaraq hər uşağa görə dəyişir.

Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Dillər Universitetinin nəzdində heç bir məktəb, liseyin fəaliyyət göstərmədiyini bildirdilər.

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi