Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev doğulduğu Şuşa şəhəri haqqında növbəti maraqlı paylaşım edib.
Modern.az xəbər verir ki, Tural Gəncəliyev Tvitter səhifəsində Şuşada keçirdiyi yerləri xatırlayaraq yazıb.
"Şuşadakı güllü bağ və məşhur Qarabağ oteli (işğaldan əvvəl).
Dincələ biləcəyimiz və dinclik tapacağımız sevimli yer.
Musiqi dərsindən sonra hava almaq üçün burada gəlib oturardım.
Evimə getmək üçün darıxdım".