Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 40 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 40 milyonu ötdü

Aktual

19 Oktyabr 2020, 00:52

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.

 

Modern.az  "Worldometer" saytına istinadla xəbər verir ki, ötən gün dünyada 278 640 nəfərdə COVİD-19 aşkarlanıb, ölənlərin sayı isə 3 167 nəfərdir.

 

Bununla da dünyada koronavirusa yoluxanların sayı 40 217 739, vəfat edənlərin say isə 1 117 363 nəfərə yüksəlib.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza