"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub".
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" hesabında yazıb.