Modern.az

BMT Təhlükəsizlik Şurası bu gün Qarabağla bağlı TOPLAŞACAQ

BMT Təhlükəsizlik Şurası bu gün Qarabağla bağlı TOPLAŞACAQ

Aktual

19 Oktyabr 2020, 11:16

BMT Təhlükəsizlik Şurası Qarabağda yaranmış vəziyyətlə bağlı iclas keçirəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclas ABŞ, Rusiya və Fransanın təklifi ilə çağırılacaq.

Bundan əvvəl, sentyabrın 29-da Təhlükəsizlik Şurası Qarabağla bağlı iclas keçirmişdi.

 

Xatırladaq ki, toplantıda BMT-nin 5 daimi üzvü – Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çinlə yanaşı, 10 qeyri-daimi üzvləri də toplaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza