İşğaldan azad olunmuş ərazilərin işğal olunana qədərki su təchizatının vəziyyətilə bağlı məlumatların toplanması göstərişi verilib.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.
A.Cəbrayıllı qeyd edib ki, araşdırmalarla hansı şəhərdə, rayonda, kənddə hansı su mənbələrindən istifadə edildiyi müəyyənləşəcək:
“Hazırda sovet dövrünün geoloji fondu araşdırılır. Oradakı su mənbələri, artezian, kəhriz, bulaq yaxud başqa mənbə olub, bunlar öyrənilir. Gələcəkdə mənbə kimi çaylardan, bulaqlardan, yeraltı sulardan istifadə oluna biləcəyilə bağlı araşdırmalar aparıldıqdan sonra qərar veriləcək”.
Qurum rəsmisinin sözlərinə görə, hazırda işağldan azad edilmiş ərazilərə giriş bağlıdır:
“İcazə verildikdən sonra əməkdaşlarımız yerində araşdırmalara başlayacaqlar”.