Modern.az

İsrailin Baş Naziri Azərbaycanı təbrik etdi

İsrailin Baş Naziri Azərbaycanı təbrik etdi

Aktual

19 Oktyabr 2020, 11:39

İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

 

Modern.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

 

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub.

 

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

 

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza