Modern.az

İranlı deputatdan Ermənistana XƏBƏRDARLIQ

İranlı deputatdan Ermənistana XƏBƏRDARLIQ

19 Oktyabr 2020, 12:04

Ermənistanın Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu kəskin şəkildə qınayırıq.

 

Modern.az-ın məlumatına görə, bunu İran parlamentinin ictimai komitəsinin sədr müavini Vəli İsmaili deyib.

 

V.İsmailinin sözlərinə görə, Ermənistanın bu hücumu nəticəsində mülki vətəndaşlar və uşaqlar həlak olub.

 

“Artıq region və dünyanın azadlıq sevərlərinin səbir kasası dolub. Beynəlxalq dairələrin bu hərbi cinayət qarşısında susmaları təəssüf doğurur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza