Modern.az

Heydər Əliyev Fondu atası cəbhədə döyüşən üçəmlərin xəstəxana xərclərini öz üzərinə götürdü

Heydər Əliyev Fondu atası cəbhədə döyüşən üçəmlərin xəstəxana xərclərini öz üzərinə götürdü

19 Oktyabr 2020, 15:50

Hazırda işğal altındakı ərazilərimizin azad olunması uğrundakı döyüşlərdə iştirak edən hərbçimiz Nadir İbadovun yeni doğulan və hazırda küveyzdə saxlanılan üçəmlərinin xəstəxanadakı bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

 

Modern.az xəbər verir ki, cəbhədə döyüşən hərbçimiz Nadir İbadov bu günlərdə 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.

 

Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza