Bu gün Azərbaycan Ordusunun torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda günbəgün yeni zəfərlər qazanması Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi və coşğu yaradıb. Demək olar ki, bütün vətəndaşlar müxtəlif vasitə və üsullarla rəşadətli ordumuza maddi və mənəvi dəstək göstərməyə çalışırlar.
Modern.az xəbər verir ki, Bakı şəhəri 6 saylı məktəb-liseyin 4 “a” sinif şagirdləri maraqlı təqdimatla çıxış edib.
Belə ki, şagirdlər Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə və Azərbaycan- Türkiyə qardaşlığının tərənnümü ilə əlaqədar “Qarabağ” rəqsini ifa ediblər.
Məktəblilərin bununla bağlı hazırladıqları video-çarx sosial şəbəkələrdə paylaşılıb.
Link burada: //cloud.mail.ru/stock/2wby6pMLYkm7Qf2DaCZqQ8BL