Modern.az

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə etdi 

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə etdi 

20 Oktyabr 2020, 08:30

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarətin təmin edilməsinin zəruriliyini müzakirə edib.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə oktyabrda Şuraya sədrlik edən Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağ üzrə qapalı iclasın yekunlarına dair bildirib.

 

Onun sözlərinə görə, indi atəşkəsin yerinə yetirilməsini təmin etmək lazımdır, bu, ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

 

Nebenzya qeyd edib ki, əsas məsələ onun yerinə yetirilməsinə nəzarətin necə təmin ediləcəyidir.  

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza