Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisdə görüş keçirir.
Modern.az xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova TBMM-nin sədri və nümayəndə heyətini salamlayıb.
Sahibə Qafarova iki ölkənin bir millət, iki dövlət üzərində qurulduğunu xatırladıb:
“Dostluğumuz əbədi və sarsılmazıdr. Hər iki dövlət hər zaman bir-birlərinə güvənib. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada ikinci belə dövlət yoxdur ki, bu cür yaxın olsun”.
“Ermənistanın işğlaçılıq siyasətin son qoymaq üçün Azərbaycan ordusunun apardığı mübarizədə Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğanın və siyasi liderlərin verdiyi bəyanatlar onu göstərdi ki Azərbaycan tək deyil. TBMM-nin sədri Mustafa Şəntopun burada olması bir daha qardaşlığın göstəricisidir”-deyə Sahibə Qafarova əlavə edib.