Modern.az

Rəssamlarımız Orduya necə dəstək verirlər?..

Rəssamlarımız Orduya necə dəstək verirlər?..

20 Oktyabr 2020, 11:06

Qarabağ uğrunda müharibə davam edir. Bu müharibədə hər kəs ordumuza dəstək, bir-birinə dayaq olur. Belə bir dövrdə Azərbaycan rəssamları da ordumuz üçün əllərindən gələn dəstəyi əsirgəmirlər.

Azərbaycan rəssamlarının dəstəyi ilə bağlı xalq rəssamı Fuad Salayev Modern.az-a açıqlama verib:

"Biz Rəssamlar Akademiyasının professor-müəllim heyəti tərəfindən öz yaradıcılıq işlərimizi sayta yerləşdirmişik, hazırda onunla məşğuluq".

F.Salayev bildirib ki, Rəssamlar Akademiyasının professor-müəllim heyəti orduya maliyyə dəstəyi də göstərib.

Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov dizaynerlərin böyük plakatlar hazırladığını bildirib:

“Qarabağ mövzusunda və hərbi mövzuda olan plakatları biz Fuad Salayevin vasitəçiliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişik. Onlar müvafiq tapşırıq verəcəklər ki, çap olunsun”.

A.Zeynalov əlavə edib ki, tələbələrə mövzular verilib və bir çox kompozisiyalar hazırlanır.

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza