Modern.az

“Azərişıq” “Əsgərə məktub” layihəsinə qoşuldu - Fotolar

“Azərişıq” “Əsgərə məktub” layihəsinə qoşuldu - Fotolar

20 Oktyabr 2020, 12:10

“Azərişıq” ASC rəhbərliyi və qrumun əməkdaşları “ASAN Könülüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

 

Modern.az xəbər verir ki, şirkət əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib.

 

Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

 

Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Siz cəbhəni, biz zülməti yaraq!” devzi ilə yazılıb.

 

 



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza