Modern.az

ABŞ-da erkən seçkilərdə 30 milyondan çox insan səs verib  

ABŞ-da erkən seçkilərdə 30 milyondan çox insan səs verib  

20 Oktyabr 2020, 14:38

ABŞ-ın 30 milyondan çox vətəndaşı noyabrda baş tutacaq ümumi seçkilərə vaxtından əvvəl səs verib. Modern.az xəbər verir ki, müvafiq hesablamalar “United States Elections Project” portalında nəşr edilib.      

Portalın yaydığı məlumata görə, artıq ABŞ-da ümumilikdə 30 242 866 nəfər səsvermədə iştirak edib. Erkən səsvermə üzrə Texas ştatı öndə gedir. Daha sonra Kaliforniya, Florida və Şimali Karolina ştatları gəlir. Corciya, Miçiqan, Virciniya və Nyu-Cersi ştatlarında isə vaxtından əvvəl seçimini etmiş seçicilərin sayı bir milyonu keçir.

Birləşmiş Ştatlarda ümumi seçkilər noyabrın 3-də baş tutacaq. Seçkilərdə prezidentlə yanaşı, senatın üçdə bir hissəsi, nümayəndələr palatasının tam heyəti, həmçinin bir sıra qubernatorlar, yerli qanunverici orqanlar və icra orqanlarına minlərlə deputat seçiləcək.

Prezident postu uğrunda respublikaçı Donald Tramp və demokrat Cozef Bayden mübarizə aparırlar. Seçiləcək yeni prezidentin inauqurasiyası 2021-ci il yanvarın 20-də baş tutacaq.            

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir