Modern.az

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Orduya DƏSTƏK

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Orduya DƏSTƏK

20 Oktyabr 2020, 15:36

Şanlı Azərbaycan ordusunun işğalçı Ermənistanın arakəsilməz və qanlı təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır. Böyük qələbəyə inam hissini artırır.

 

Ordumuzun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti Modern.az-a xəbəb verir ki, adı çəkilən qurum Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait köçürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza