Modern.az

“Onlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər” - Mustafa Şentop

“Onlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər” - Mustafa Şentop

20 Oktyabr 2020, 17:54

“Terrorçu dövlət olan Ermənistan tərəfindən mülki əhalini öldürərək insanlığa qarşı törədilən cinayətlər göz qabağındadır”.

 

Modern.az xəbər verir ki, bu gün Gəncəyə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Twitter hesabında yazıb.

 

TBMM sədri qeyd edib ki, Ermənistan tərəfindən hücumlar həyata keçirilən Gəncədən BMT və Minsk qrupuna üzv ölkələrə vəhşiliyin ortasından çağırış edirik: "Bu qətliamı törədənləri qınamayanlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər".

 

M. Şentop həmçinin qeyd edib ki, Gəncədəki erməni hücumlarında yaralanan qardaşlarımızı xəstəxanada da ziyarət ediblər: “Müharibə ilə əlaqəsi olmayan günahsız mülki insanları öldürən və onlara fayda gətirən zehniyyət bölgəmizin üz qarasıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir