Modern.az

Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov

Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov

20 Oktyabr 2020, 19:30

Ermənistan mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar.

 

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

O bildirib ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir