Modern.az

Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu

Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu

21 Oktyabr 2020, 14:00

Gürcüstanda son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

 

Modern.az-ın məlumatına görə, daha 1 351 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.

 

Sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 172-yə çatıb. 

 

Ümumilikdə sağalanların sayı isə 9 min 3 nəfərdir.

 

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu