Modern.az

Düşmənin 6 PUA-sı məhv edilib - Anar Eyvazov

Düşmənin 6 PUA-sı məhv edilib - Anar Eyvazov

21 Oktyabr 2020, 19:05

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

 

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, düşən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib:

 

“Çoxlu sayda silah və sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 ədəd PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı