Modern.az

Yeni yaradılan Koordinasiya Şurasının üzvləri müəyyənləşdi

Yeni yaradılan Koordinasiya Şurasının üzvləri müəyyənləşdi

21 Oktyabr 2020, 20:13

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə yaradılan Koordinasiya Şurasının tərkibi təsdiqlənib.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Koordinasiya Şurasının rəhbəri - Azərbaycan Respublikası Baş Nazirinin müavini və Koordinasiya Şurasının üzvləri müəyyənləşib.

 

Koordinasiya Şurasının üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini - Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini 

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin müavini 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi