Modern.az

Paşinyanın 6 addımdan ibarət gülünc “plan”ı

Paşinyanın 6 addımdan ibarət gülünc “plan”ı

21 Oktyabr 2020, 22:09

Son açıqlamarı sübut edir ki, Paşinyan ciddi pisixolojik problemlər içərisindədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan Baş naziri yeni "plan" hazırlayıb.

 

Modern.az xəbər verir ki, Nikol Paşinyan öz "Facebook" səhifəsində ermənilər üçün yeni fəaliyyət planıını təqdim edib.

 

Plan belədir:

 

Addım 1. Könüllülər dəstəsi yaradın (ən azı 30 nəfərdən ibarət).
Addım 2. Bir komandir seçin.
Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın.
Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın.
Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin.
Addım 6. Qələbə.

 

Paşinyanın yeni planı isə ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox ermənilər şərhlər yazaraq Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildirib:

 

"Məsələni sülh yolu ilə həll edin! Bəsdir bizləri öldürdüz! Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Biz hamımız vətənimizi sevirik, amma siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!" - deyə şərhlərdə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi