Modern.az

“PKK terrorçuları əsasən Ermənistan ordusunun ilk müdafiə xəttində yer alır”

“PKK terrorçuları əsasən Ermənistan ordusunun ilk müdafiə xəttində yer alır”

22 Oktyabr 2020, 00:59

“Ermənistan tərəfindən başqa ölkələrdən gələn şəxslər vuruşur. Suriya və Livanla yanaşı ABŞ, Kanada və xüsusilə də Fransadan gələn ermənilər Ermənistan silahlı qüvvələri cərgələrinə qoşulur”.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn təbdirində çıxışı zamanı deyib.

 

“PKK terror qruplaşmasının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin cərgələrində, əsasən ilk müdafiə xəttində yer alır”, - deyə şöbə müdiri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi