Modern.az

Ukrayna Şamaxı şəhərində Konsulluq açdı

Ukrayna Şamaxı şəhərində Konsulluq açdı

27 Oktyabr 2020, 11:55

27oktyabr 2020-ci ildə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, mərasim zamanı Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim ediblər. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında saziş imzalayıblar.

 

Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı,  Azərbaycanda fəaliyyət göstərən ukraynalı sahibkarlara, eləcə də orada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək. Eeləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.

 

Qeyd edək ki, Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri konsulu vəzifəsinə təyin olunan Mehrəli Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakultəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur SAP və DeGolyer & MacNaughton Corporation şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi