Modern.az

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru

28 Oktyabr 2020, 20:02

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Bunların 19-u kişi, 7-si qadındır.

 

Modern.az xəbər verir ki, bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən xəstələrin bir çoxunun vəziyyəti ağırdır:

 

"Onlar reanimasiyadadırlar. Sizin gördükləriniz sadəcə danışa bilən, yüngül xəsarətlər alan şəxslərdir".

 

Xəstəxana direktoru əlavə edib ki, erməni quldurları birinci dəfə deyil ki, Azərbaycanın mülki əhalisini hədəfə alır:

 

"Bu hadisə ermənilərin azərbaycanlılara qarşı növbəti təcavüzünün bariz nümunəsidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü