Bu gün Ermənistanın Bərdəyə hücum anının görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, Ermənistanın Bərdədə törətdiyi terror nəticəsində 21 nəfər həlak olub, 70 nəfər yaralanıb.
Qeyd edək ki, ölənlərdən 8-i uşaqdır, bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.