Modern.az

Messidən karyerasında 300-cü assist

Messidən karyerasında 300-cü assist

29 Oktyabr 2020, 02:20

Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Yuventus" - "Barselona" matçı ikincilərin kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, "Barselona"nın argentinalı ulduzu karyerasında 300-cü məhsuldar ötürməsini edib.

 

Qeyd edək ki, Messi oyunun 14-cü dəqiqəsində komanda yoldaşı Ousman Dembeleyə məhsuldar ötürmə edib. Matçın 90+1 dəqiqəsində isə argentinalı özü penaltidən fərqlənib.

 

Oyun "Barselona"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

T.İSMAYIL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM