Ermənilərin internet üzərindən yaydığı dezinformasiyaların qarşısını almaq üçün hamımız bir olmalıyıq.
Bunu mövzu barədə Modern.az-a danışan ekspertlər qeyd ediblər.
Qeyd edilir ki, infgormasiya müharibəsində tək dövlət başçısı yox, bütün əhali iştirak etməlidir.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan ərazisindəki atəş nöqtələri susdurulmalıdır:
“Ermənistan xalqı yalan üzərinə qurulub. Gəncəni raket atəşinə tutduqlarında dedilər ki, guya etməmişik. İndi də Bərdəni atəşə tutduqlarını inkar edirlər. Bərdənin vurulmasının qisasını biz hərb meydanında almalıyıq. Amma bu o demək deyil ki, biz Ermənistan ərazisini hədəfə ala bilmərik. Bilinsə ki, raketlər Ermənistan ərazisindən atılıb və həmin ərazidəki atəş nöqtələridə susdurulmalıdır. Erməni işğalçılarına boşluq buraxmaq olmaz. Artıq köhnə taktikaları irəli sürüb, mülki əhaliyə atəş açırlar. Amma anlamırlar ki, məğlubiyyətə yaxındılar”.
Hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, düşmən terror deyil, müharibə cinayətləri törədir:
“Düşmən cəbhədəki uğursuzluqlarını dinc əhalini hədəfə alıb, onlara qarşı müharibə cinayətləri edərək ört-basdır etmək istəyir. Mülki əhalini vurmaqda məqsəd ordu və əhali arasında qarşıdurma yaradıb, cəbhədən kənardakı ərazilərə xof salmaqdır. Düşmən bu addımları ilə əslində terror deyil, müharibə cinayətləri törədir. Biz unutmalı deyilik ki, müharibə cinayəti daha ağır cinayət növüdür. Müharibə ilə bağlı beynəlxalq hüquqda müəyyən edilmiş məqamlardan biri də odur ki, heç vaxt qarşı tərəfin dinc əhalisinə atəş açılmamalıdır. Ordu ilə əhali arasında fərq qoyulmalıdır. Orduya tətbiq edilən gücü mülki əhaliyə tətbiq edilməsi yolverilməzdir. Lakin ermənilər hər zaman olduğu kimi, indi də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.
Sual yaranır, bəs biz buna qarşı nə etməliyik?
Görünən odur ki, burada cənab prezident İlham Əliyev, onun köməkçiləri və jurnalistlər çalışır. Amma bu iş hər bir Azərbaycan vətəndaşının işidir. Burada fərq etmir - deputat olsun, qeyri-hökumət təşkilatları və ya diaspor olsun. Hamı bir nəfər kimi əlində olan imkanlardan istifadə etməlidir. Qeyhri-hpkumət təşkilatları da bu işləri xarici ictimaiyyətin diqqətinə çatdırmalı, yalnız yazmaqla deyil, xarici ölkə təşkilatları, kanallarla əlaqələr yaradıb onların vasitəsilə dünyaya bu vəhşiliyi göstərməlidir. Bu hadisələr təşkilatların köməyi ilə Serbiyada serb dilində, Fransada fars dilində, Çexiyada çex dilində təqdim edilməlidir. Bu məsələdə aktiv olmalıyıq”.
Fidan İlqarqızı