Modern.az

Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb

Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb

29 Oktyabr 2020, 10:42

Bu gün İsveçrədə  Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlşdırılmışdı. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməli idi.

Toplantıda Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanın da iştirakı gözlənilirdi.

Modern.az-ın xəbərinə görə,  XİN  rəhbəri Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb.

Bununla bağlı detallar açıqlanmır.  Xarici İşlər Nazirliyi də Ceyhun Bayramovun İsveçrə səfəri barədə heç bir rəsmi açıqlama yaymayıb.


Qeyri-rəsmi məlumatlara görə, görüşün baş tutmamasına səbəb ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya nümayəndəsinin toplantıda iştirak edə bilməməsi barədə xəbərdarlıq etməsidir.

Digər versiyalardan biri kimi isə dünən Ermənistanın Bərdəyə raket atması nəticəsində 20-dən çox mülki insanın öldürülməsi və Azərbaycanın etiraz əlaməti olaraq İsveçrə görüşündən imtina etməsi göstərilir.

Bununla yanaşı, o da qeyd olunur ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistanın mülki insanlara qarşı cinayət törətməsi danışıqlar masası arxasına keçməyin gərəksiz olduğunu ortaya qoyub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?