Modern.az

İzmirdəki zəlzələdə həlak olanların sayı artdı - YENİLƏNİB

İzmirdəki zəlzələdə həlak olanların sayı artdı - YENİLƏNİB

Aktual

1 Noyabr 2020, 09:46

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfərə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Zəlzələ zamanı 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

***

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 42-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, hadisə zamanı, həmçinin 885 nəfər xəsarət alıb. 

 

Hələ də 8 binanın dağıntıları altında axtarış-xilasetmə işləri  davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi