Modern.az

Türkiyədəki zəlzələdə ölü sayı 51-ə yüksəldi - YENİLƏNİB

Türkiyədəki zəlzələdə ölü sayı 51-ə yüksəldi - YENİLƏNİB

Aktual

1 Noyabr 2020, 12:49

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.

***
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirilib.

Son məlumatlara əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi