“Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı deyib.
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır”, - deyə N.Paşinyan bildirib.