Modern.az

ÜST rəhbəri özünü təcrid etdi

ÜST rəhbəri özünü təcrid etdi

2 Noyabr 2020, 08:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə ünsiyyətdən sonra özünü təcrid edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

 

Baş direktorun sözlərinə görə, onun ünsiyyətdə olduğu şəxsin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. “Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcrid edəcəyəm və evdən işləmək niyyətindəyəm”, - ÜST-ün rəhbəri yazıb.

 

O, həmçinin koronavirusun yayılmasına qarşı mübarizə üçün bütün tələbləri dəqiq şəkildə yerinə yetirməyin zəruriliyini qeyd edib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi