Modern.az

Hərbi xidmət keçən məzunların diplomu niyə verilmir?- Universitetdən CAVAB

Hərbi xidmət keçən məzunların diplomu niyə verilmir?- Universitetdən CAVAB

2 Noyabr 2020, 14:11

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən məzun olmuş və hazırda hərbi xidmət keçən gənclərin diplomlarının ailələrinə verilməməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Məzun olmuş və hazırda hərbi xidmətdə olan gənclər diplomlarını almaq üçün etibarnamə verməlidir. Həmin etibarnamə əsasında tələbənin ailəsi, yaxud yaxını diplomu təhvil ala bilər. Hazırda döyüşlərdə olduğu üçün etibarnamə verə bilməyən və diplomu vacib olan məzunlara isə sənədin notariusda təsdiq edilmiş forması verilir”.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi