Modern.az

“Türk Ocaqları”ndan Azərbaycana dəstək - FOTO

“Türk Ocaqları”ndan Azərbaycana dəstək - FOTO

Aktual

2 Noyabr 2020, 20:16
Tərtər və Gəncəyə qardaş köməyi edildi

  

Türkiyə "Türk ocaqları" Mərkəzi Qərargahının maddi dəstəyi ilə Qarabağ və ətraf bölgələrdə erməni terrorundan əziyyət  çəkən, evləri dağıdılan, yaralanan insanlara kömək məqsədi ilə ərzaq yardımı edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Şərq.az"a Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı məlumat verib. Oktyabrın 31-də Tərtər və Gəncəyə səfər etdiklərini, vəziyyətlə yaxından tanış olduqlarını qeyd edən A.Aşırlı bu kampaniyanı qardaş yardımlaşması adlandırıb: "Azərbaycan və Türkiyənin ortaq tarixində qardaş yardımlaşmasının ən yaxşı örnəkləri var. Biz də bu örnəyi yaşatmağa çalışırıq". 

 

A.Aşırlı deyib ki, öncə  bütün çətinliklərə sinə gərən, daim atəş altında olan Tərtərdə olduq, rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədovla görüşdük, vəziyyətlə maraqlandıq.

 

Biz orda olduğumuz müddətdə də rayon ərazisi intensiv atəşə tutulurdu. Sonra icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə 80 ailəyə ərzaq bağlaması verildi.

 

Tərtərdən sonra növbəti dayanacağımız Gəncə oldu. Terrordan əziyyət çəkən insanlarla görüşdük, 40 ailəyə ərzaq yardımı edildi, valideynlərini itirmiş körpələrə də hədiyyələr verildi". 

 

Akif Aşırlı deyib ki, bu qardaş yardımlaşmasının maddi tərəflərindən daha çox mənəvi tərəfləri var: "Türkiyə dövləti, xalqı ən çətin anlarda Azərbaycanın yanında olub və bu gün də bu yenilməz münasibəti görürük. Türkiyə "Türk ocağı"nda birləşən, milli birliyi sağlam əsaslarla qoruyan ziyalılarımız Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanındadır". 

 

Bu qardaş köməyinin, yardımlaşmasının tarixi ənənələrinə diqqət yönəldən A.Aşırlı deyib ki, 1918-ci ildə Türkiyənin Şərqi-Anadolu vilayətində erməni-rus terrorundan evini, yurdunu itirən qardaşlarımıza ilk dəstəyi də Azərbaycan edib.

 

Həmin vaxt Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən "Qardaş köməyi" günləri təşkil edilib, Qars, Ərzurum, İqdır, Otul, Kağızman bölgələrində insanlara yardımlar edilib, kimsəsiz uşaqlar Bakıya, Tiflisə, Şəkiyə yerləşdirilib.

 

Bu gün Ermənistanın hərbi cinayətlərinin qurbanı olan insanlara "Türk ocağı"nın dəstəyini qardaş köməyinin davamı olduğunu bildirən A.Aşırlı qeyd edib ki, növbəti yardımlar da nəzərdə tutulub.

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi