Modern.az

Tramp dəyər 100 Baydenə

Tramp dəyər 100 Baydenə

Aktual

2 Noyabr 2020, 21:56
 
Trampın ipinin üstünə kimsə odun yığa bilməz, əcaib-qəraib birisidir, heç seviləsi siyasətçi deyil. Amma yüz Baydenə dəyər - nə qədər köntöy görünsə də, açıq oynayır.

Hələ Obama dönəmində vitse-prezident olarkən, özünü türk düşməni, erməni xəstəsi kimi tanıdan demokrat Bayden Ağ evdə oturarsa, zəhləmizi aparacaq. Düzdür, qoca Co daha çox rusların gününü göy əskiyə bükəcək. Amma bu, Putinin problemidir, yesinlər bir-birilərini...

Pandemiya olmasaydı, Tramp rəqibini əzərdi, amma koronavirus demokratların qanının arasına girdi.

Rəy sorğularında Bayden öndədir, son 30 ilin seçki ənənənəsi isə Trampı irəli çıxarır. Belə ki, Ata Buşdan sonra yankilər Ağ evin sahibinə ikinci şansı tanımaq tərəfdarı olublar: Klinton, Kiçik Buş və Obama iki müddət superdövlətin başında durublar. Tramp onlarla müqayisədə heç də pis oğlan deyil.

ABŞ-da noyabrın 3-də keçiriləcək seçkinin nəticələrinin II Qarabağ savaşının gedişatına təsirinə gəlinsə, elə bir təsir və təzyiq olmayacaq.

Seçki olmasaydı, Trampın yadına Qarabağ düşməzdi. Bakıya da bu lazımdır ki, işinə əngəl olan olmasın. Tramp yenidən prezident seçilərsə, Qarabağ probleminə yenə elə bir diqqət ayırmayacaq. Ayırsa belə, müttəfiqi Ankarının mövqeyini dəstəkləyəcək, aralarındakı ixtilaflara rəğmən Tramp Türkiyənin ABŞ üçün önəmini daha yaxşı dərk edir.

Digər tərəfdən, Tramp Bibinin - Netanyahunun yaxın dostudur. İsrailin indiki baş naziri son 25 ildə hökumət başçısı olub-olmamasından asılı olmayaraq Azərbaycana dəstəyini əsirgəməyib.

İsrail və ABŞ-ın əsas hədəfi İrandır, bu səbəbdən də Azərbaycanı incitmək onların planlarına daxil deyil.

Bayden seçkini udarsa, Ağ evdə iki ay sonra - 2021-ci ilin yanvarında oturacaq. O vaxta kimi iş-işdən kecər, Azərbaycan bayrağını
bütün Qarabağa sancar.


Qəzənfər Həmidoğlu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi