Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır - daha 22 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır - daha 22 nəfər öldü

3 Noyabr 2020, 11:25

Ermənistanda koronavirusa yoluxanların sayı 94 776 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 328 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 22 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 1 413 nəfər koronavirusdan ölüb, 35 381 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi