Modern.az

Azərbaycanlı müxalifətçi Gürcüstan DTX-ya çağırıldı

Azərbaycanlı müxalifətçi Gürcüstan DTX-ya çağırıldı

3 Noyabr 2020, 12:38

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının fəalı Rafiq Orucov ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DTX-dan bildirilib. Qeyd olunub ki, həmin şəxs oktyabrın 31-də Tbilisidə müxalifətin Rustaveli prospektində keçirdiyi aksiyada iştirak edib və onun avtomobilində elektroşoker aşkarlanıb.

 

Faktla bağlı istintaq aparılır.

 

R.Orucov istintaq çərçivəsində sorğu-sual olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi