“Ermənistanın beynəlxalq sazişləri və beynəlxalq kondensiyaları bir neçə istiqamətdə pozmasının şahidi oluruq. Ermənilərin mülki şəxsləri raket atəşinə tutması, təbiətə qarşı fosfor silahlarından istifadə edərək meşələri yandırması cinayətdir”.
Bu barədə Modern.az-a Milli Məclisinin deputatı Asim Mollazadə danışıb. Onun sözlərinə görə ermənilər öz cinayətlərini gizlətmək üçün etdiklərini başqalarının, xüsusəndə azərbaycanlıların üzərinə atmağa çalışırlar:
“Onlar üçün qanunun aliliyi və beynəlxalq hüquq normaları yoxdur. 30 ilə yaxındır ki, BMT-nin və digər beynəlxalq təşkilatların çıxardığı qərarlar icra olunmur. Bu gün ermənilərin işğalçılıq cinayətini qanun qarşısında sorğulamaq Azərbaycan Silahlı Qüvvələrinin üzərindədir.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, Minsk qrupunun funksiyaları və beynəlxalq təşkilatların görməli olduğu digər işləri Azərbaycan Silahlı Qüvvələri həyata keçirir. Törədilən cinayətlərə görə onlar cavab verəcəklər”.
Nəzrin Vahid