Modern.az

Prezidentin köməkçisi: “Ermənistan cəbhədə təxribatlara əl atır”

Prezidentin köməkçisi: “Ermənistan cəbhədə təxribatlara əl atır”

3 Noyabr 2020, 14:52

“Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz fəaliyyətini davam etdirir. Bu gün də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atılıb”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir: “Bu, ölkə başçısının apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi