Modern.az

Cəlilabadda ağır yol qəzası - 2 ölü, 1 yaralı

Cəlilabadda ağır yol qəzası - 2 ölü, 1 yaralı

Aktual

3 Noyabr 2020, 22:25

Cəlilabad rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.

 

Astara rayon sakini S.Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıda gedən Muğan kənd sakini Ə.Şəmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə Ə.Şəmmədovun sərnişinləri - həmkəndliləri Afiq Niftəliyev və Cəlal Qarayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi