Modern.az

Abşeronda kişinin üzərinə daş hasar aşdı

Abşeronda kişinin üzərinə daş hasar aşdı

Aktual

4 Noyabr 2020, 09:36

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Yeni Massivdə qeydə alınıb.

 

1961-ci il təvəllüdlü Babayev Valeh Xanoğlan oğlu küçə ilə hərəkət edərkən fərdi yaşayış evinin daş hasarı uçub. V.Babayev daş hasarın altında qalıb. 

 

O, xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, V.Babayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi