Modern.az

UNEC-də yenilik - virtual dekanlıq

UNEC-də yenilik - virtual dekanlıq

4 Noyabr 2020, 13:15

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) virtual dekanlıq yaradılıb.

 

UNEC-dən Modern.az-a bildirilib ki, distant tədris zamanı tələbələrlə və fakültədaxili kommunikasiyanın təmin edilməsi məqsədilə yaradılan virtual dekanlığın fəaliyyəti “Facebook”, “WhatsApp”, “Zoom” və e-mail üzərindən aparılacaq.

 

Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq. Virtual platformada universitet idarəetməsi fəaliyyətində də operativlik təmin ediləcək.

 

Virtual platformaya UNEC-in Zaqatala filialı da qoşulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi