Modern.az

“Azərbaycanın hüquqlarını müdafiə etməliyik” - Çavuşoğlu Avropa Şurasına səsləndi

“Azərbaycanın hüquqlarını müdafiə etməliyik” - Çavuşoğlu Avropa Şurasına səsləndi

4 Noyabr 2020, 20:16

"Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasındakı çıxışı zamanı deyib.

 

“Sizləri Azərbaycanın ərazi bütövlüyünü “əgər”-lər və “amma”-lar olmadan dəstəkləməyə çağırıram. Bununla bağlı heç bir ikili standartlar olmamalıdır.

Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik.

 

Azərbaycan yalnız BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki nəzarətini bərpa etmək istəyir.

 

Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsini diqqətinizə çatdırmaq istəyirəm.

 

Ermənistan işğala son qoymalı və mülki şəxslərə qarşı qəsdən hücum təşkil etmək, eləcə də atəşkəs razılaşmalarını daim pozduğuna görə məsuliyyət daşımalıdır. Ortaq evimizi gələcək nəsillər üçün ideallarla qorumalıyıq”, - deyə Çavuşoğlu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi